“Financial Times” (FT) qəzetinin xəbərində Suriyadakı Baas rejiminin devrilmiş lideri Bəşər Əsədin 2018 və 2019-cu illərdə Rusiyaya təxminən 250 milyon dollar nağd pul keçirtdiyi bildirilib.

İndex.az xəbər verir ki, 2012-ci ildən sonrakı dövrü əhatə edən FT-nin araşdırdığı qeydlərə əsaslanaraq, Əsədin 2018-ci ilin martından 2019-cu ilin sentyabrına qədər 21 fərqli uçuşla sanksiyaya məruz qalan Rusiya banklarına yatırılmaq üçün paytaxt Moskvaya valyuta göndərdiyi bildirilib.

Uçuşlar zamanı Moskvanın Vnukovo hava limanına təxminən 2 ton ağırlığında 250 milyon dollar dəyərində əskinasların göndərildiyi bildirilib və devrilmiş rejimin mərkəzi bankı ilə Rusiya bankları arasında 2018-ci ildən əvvəl nağd pul köçürməsinin olmadığı bildirilib.