“Saab” şirkəti İsveçin Müdafiə Avadanlıqları İdarəsindən (FMV) təxminən 340 milyon SEK (31.1 milyon ABŞ dolları) dəyərində “Sea Giraffe 1X” radar sifarişi alıb.
“Poliqon” “Saab”a istinadən xəbər verir ki, radarların çatdırılması 2024-2026-ci illər ərzində həyata keçiriləcək.
Qeyd edilib ki, “Sea Giraffe 1X” radarları İsveç Hərbi Dəniz Qüvvələrinin suüstü gəmilərinə quraşdırılacaq.