AZ

14 dekabr parislilərin yaddaşından silinməyəcək- BMT-nin, Bakının və müstəmləkələrin birgə həmləsi...

Image

Azər Həsrət: “Fransa müstəmləkəsi olan xalqların gözü açılıb, səslərini çatdırmaq üçün aksiya keçirirlər”

Mali, Burkina-Faso və Niger Qərbi Afrika Dövlətləri İqtisadi Birliyini (ECOWAS) tərk etmək barədə qərarlarının qəti olmasını bir daha təsdiq ediblər. Onlar təşkilatdan çıxış mexanizmləri barədə razılığa gəlmək məqsədilə müzakirələri davam etdirmək niyyətində olduqlarını bildiriblər. 

Bu açıqlama Nigeriyanın paytaxtı Abuca şəhərində keçiriləcək ECOWAS Sammitindən iki gün qabaq Niamey şəhərində keçirilən üç ölkənin xarici işlər nazirlərinin görüşü zamanı verilib. 

Qeyd edək ki, bu ilin yanvar ayında adıçəkilən üç dövlət Sahel Dövlətləri Alyansı çərçivəsində birləşdiklərini və ECOWAS-ı tərk edəcəklərini elan ediblər. Onlar ECOWAS-ı keçmiş müstəmləkəçi Fransanın istifadə etdiyi alət hesab edirlər.

Maraqlıdır, Parisin mərkəzində məhz 14 dekabr günü ilə bağlı müstəmləkə ərazilərin Fransaya qarşı etiraz aksiyası keçirməsinin nə kimi əhəmiyyəti var?

“Vəziyyət o həddə çatıb ki, insanlar Parisin mərkəzində belə aksiya keçirirlər, etiraz edirlər”

Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Mali, Burkina-Faso və Nigerin məlum qərarı təsadufi deyil: “Afrika böyük bir qitədir. Bu qitənin bütöv ərazisi tarixin müəyyən dövrlərində müxtəlif yadellilər tərəfindən işğal edilib. Afrikada, Efiopiya xaric, digər dövlətlərin ərazisi işğal altında olub. Afrika xalqları xarici ölkələrin işğalı altında olub, sərvətləri talanıb, mədəniyyətləri məhv edilib, mirasları dağıdılıb. Bu gün Afrikanın bütün ölkələrində əcnəbi dil dövlət dili sayılır. O cümlədən də, bir sıra ölkələrdə fransız dili hakimdir. Fransaya aidiyyəti olmayan millətlər öz dövlətlərində belə doğma dilində deyil, fransızca danışırlar. Ancaq zaman dəyişir, xalqlar ayılır, Fransa müstəmləkəçiliyindən azad olmaq istəyirlər. Bu işdə Azərbaycanın rolu xüsusi qeyd edilməlidir. Fransa müstəmləkəçiliyini dünya səviyyəsində ictimailləşdirən məhz Azərbaycan Respublikasıdır”.

Həmsöhbətimiz hesab edir ki, 14 dekabr tarixində Fransada keçirilən aksiya təsadüfi deyil. Vəziyyət o həddə çatıb ki, insanlar Parisin mərkəzində belə aksiya keçirirlər: “Halbuki, illər öncə bunu etmək elə də asan deyildi. Fransa müstəmləkəsi olan xalqların gözü açılıb, səslərini çatdırmaq üçün aksiya keçirirlər. Bu işlər bir başlanğıcdır, insanlar məqsədə çatana qədər etiraz edəcəklər”.

Günel CƏLİLOVA





Seçilən
17
baki-xeber.com

1Mənbələr