AZ

Prezident 3 fərman imzaladı

Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 65-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.Metbuat.az fərmanın mətnini təqdim edir:1. Müəyyən edilsin ki:1.1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 93-3-cü maddəsinin dördüncü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;1.2. həmin Qanunun 93-3-cü maddəsinin dördüncü hissəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;1.3. həmin Qanunun 96-cı maddəsinin birinci hissəsinin ikinci cümləsində “müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsi” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası nəzərdə tutulur;1.4. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun 12.0.21-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsi” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası nəzərdə tutulur.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:2.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 65-VIIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.3. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli 30 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 12, maddə 744 (Cild I); 2024, № 5 (I kitab), maddə 519) 7‑ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:3.1. 7.1-ci bənddə birinci halda “altıncı” sözü “dördüncü” sözü ilə əvəz edilsin və həmin bənddən “onuncu hissəsinin ikinci–dördüncü, altıncı və yeddinci abzaslarında,” sözləri çıxarılsın;3.2. aşağıdakı məzmunda 7.1-1-ci bənd əlavə edilsin:“7.1-1. həmin Qanunun 93-3-cü maddəsinin dördüncü hissəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”;3.3. 7.9-cu bəndə “birinci cümləsində” sözlərindən sonra “və 96-cı maddəsinin birinci hissəsinin ikinci cümləsində” sözləri əlavə edilsin.4. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 183 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 17 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:4.1. 1.5-ci bənddə “və Hakimlərin Seçki” sözləri “, Hakimlərin Seçki Komitəsinin və Hakimlərin Qiymətləndirilməsi” sözləri ilə əvəz edilsin;4.2. 2-ci hissə üzrə:4.2.1. 2.2-ci bənddən “, 13.3-cü” sözləri çıxarılsın;4.2.2. aşağıdakı məzmunda 2.3‑1‑ci bənd əlavə edilsin:“2.3-1. həmin Qanunun 12.0.21-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsi” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası nəzərdə tutulur;”.***Prezident İlham Əliyev “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 76-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 1901 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.Fərmanda deyilir:1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 1901 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 451 (Cild I) ilə təsdiq edilmiş “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:1.1. 5.1.5-ci yarımbəndə “təsviri” sözündən sonra “, habelə bildirişi daxil edən şəxs tərəfindən müəyyən edildikdə daşınar əmlakın seriya nömrəsi” sözləri əlavə edilsin;1.2. 11.1.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 11.1.6-cı yarımbənd əlavə edilsin:“11.1.6. yüklülük predmeti olan daşınar əmlakın seriya nömrəsi (olduqda).”.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 76-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.***Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.Fərmanda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1639 (Cild I) ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”nin 4.7.8-1-ci yarımbəndindən “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.6-cı bəndi nəzərə alınmaqla,” sözləri çıxarılsın.

Seçilən
7
11
metbuat.az

10Mənbələr