AZ

Aydın Dəmirçi oğlunun həbsindən danışdı - “Nə deyəcəyimi bilmirəm...”

DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi “AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçi oğlu Qafar Dəmirçinin həbs olunamasına münasibət bildirib.

“AzPolitika” xəbər verir ki, iş adamı “gununsesi.info” saytına qısa açıqlamasında bunları deyib: “Açığı, nə deyəcəyimi bilmirəm. Bizi hər kəs yaxşı tanıyır. İndi gərginlikdəyəm. Mən özüm sizinlə əlaqə saxlayacağam”.

Xatırladaq ki, şirkətin vitse-prezidenti Q.Dəmirçi təbiətə külli miqdarda ziyan vurmaqda ittiham edilir. İddiaya görə, iş adamı təbiətə 8 milyon manata yaxın zərər vurub.

“AzPolitika.info”

Seçilən
36
1
azpolitika.info

2Mənbələr