Növbəti ildən şahmatçılar üçün təqaüd və dəstək proqramı nəzərdə tutulub
Bunu Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov deyib.
?Növbəti ildən şahmatçılara təqaüd və dəstək proqramı nəzərdə tutmuşuq. O cümlədən şahmatçıların etik davranış qaydaları təsdiq olunaraq saytımızda yerləşdiriləcək. Tələbləri yerinə yetirəcək şahmatçıların üzünə bütün qapılar açıq olacaq. Proqlamlara bütün şahmatçılar dəvət olunacaqlar?, ? o qeyd edib.