AZ

“Media Savadlılığı” həftəsinə start verildi

Bu gündən etibarən “Media Savadlılığı” Həftəsinə start verilir. Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, aidiyyəti dövlət və özəl qurumların, akademik müəssisələrin, media və vətəndaş cəmiyyəti institutlarının tərəfdaşlığı ilə 16-22 dekabr tarixlərində keçiriləcək həftə çərçivəsində

maarifləndirmə tədbirlərinin həyata keçirilməsi;

mediada və sosial şəbəkələrdə media kampaniyalarının icrası, podkastların yayımı;

Bakı və regionlarda fərqli hədəf qruplarına yönələn təlimlərin, həmçinin vebinar və mediaturların təşkili;

“ASAN Radio”da “Smart Media” layihəsinin icrası;

media və kommunikasiya istiqamətini tədris edən akademik heyət üçün TOT proqramlarının keçirilməsi;

Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində media savadlılığı ilə bağlı təlimlərin keçirilməsi;

"medialiteracy.media.gov.az” platformasında onlayn kursun istifadəyə verilməsi;

ənənəvi “Media Savadlılığı” Konfransının təşkili nəzərdə tutulur.

Gəlin doğru məlumatı fərqləndirməyə və media savadlı cəmiyyət qurmağa dəstək olaq, çünki MƏLUMATIN DOĞRULUĞU HAMIMIZIN MƏSULİYYƏTİDİR!

Seçilən
87
14
qht.az

10Mənbələr