AZ

Turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda çalışanların sayı 29% artıb

2024-cü ilin yanvar-oktyabr dövründə turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunun ümumi daxili məhsuldaki payı 2,4 faiz təşkil etmişdir.

Kənan Quluzadə : "Azərbaycana gələn əcnəblərin təxminən 57%-i qonşu ölkələrdən gələnlərdir"

FED.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən 2024-cü ilin turizm yekunlarına və qış mövsümünün açılışına həsr olunmuş mətbuat konfransında məlumat verib.

O, qeyd edi ki, "Ümumiyyətlə, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda çalışanların sayı 29 faiz artaraq 55 min nəfərə  çatıb. Bu dövr ərzində hotellərin ulduz sertifikasiyası keçirilmişdir.
Ümumiyyətlə, ölkə üzrə 260 hotelin hal-hazırda təsnifatı bitmişdir. Bunlardan 23 otel 5 ulduz alıb, 29 otel 4 ulduz, 98 otel 3 ulduz, 80 otel 2 ulduz, 30 otel isə 1 ulduz kategoriyası alıb". 

phrase_var_article.chosen
49
fed.az

1phrase_var_article.sources