AZ

Bu malları geri qaytara bilməyəcəksiniz – AÇIQLAMA

Bəzən alıcılar aldıqları məhsulu geri qaytarmaq istəyirlər. Bəs hansı məhsullar geri qaytarıla bilməz?

Mövzu ilə bağlı politoloq, hüquqşünas Fərhad Mehdiyev İNFOAZ.WS-ə açıqlamasında bildirib ki, alınan əşyalar qayda olaraq istifadə olunmamaq şərti ilə qaytarıla bilər.

Hüquqşünas Fərhad Mehdiyev yazır: "Cərimələr sahibkarları əzir" »Foto.info.az

“İstifadə olunan əşyaları qaytarmaq mümkün olmur. Qutunun sadəcə açılması istifadə olunmaması mənasına gəlmir. Çünki bəzən deyirlər ki, qutu da açılmamalıdır”.

Onun sözlərinə görə, qutu açılsa belə, əşyanın istifadə edilmədiyi ortadadırsa, bu, qaytarıla bilən maldır.

Hüquqşünas bir neçə əşya adı çəkərək bunların qaytarılmasının mümkün olmadığını qeyd edib:

“Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan mallar kosmetika malları, çimərlik paltarları, uşaq oyuncaqları, qızıl və qızıl məmulatları, qida üçün plastikdən hazırlanmış məmulatlar olmaqla bölünür”.

Qeyd edək ki, bu qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 may tarixli 114 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Fatimə Məmmədova

Seçilən
13
infoaz.ws

1Mənbələr