AZ

Göyərtəsində 13 Azərbaycan vətəndaşının olduğu gəmi qəzaya uğrayıb

Azərbaycan və Türkiyədən olan 13 nəfəri daşıyan türk gəmi sahibinin gəmisi Kerç boğazında çətin vəziyyətə düşüb: dənizə çıxa bilmirlər, su və yeməklər tükənir. 

Bu barədə TASS-a Rusiya Dənizçilərin Həmkarlar İttifaqından məlumat verilib.

“Türk gəmi sahibinə məxsus və Sierra-Leone bayrağı altında üzən “Lady Fortune” gəmisinin heyəti bizimlə əlaqə saxlayıb. Bir neçə gün əvvəl onlar Kerçdən çıxıb Türkiyəyə getməli idilər. Lakin hazırda bunun qeyri-mümkün olduğu ortaya çıxıb - su demək olar ki, tükənib, yemək də tükənmək üzrədir, vəziyyət gəminin texniki vəziyyəti, çətin hava şəraiti və işəgötürəninin vicdansız olduğu səbəbindən ağırlaşır: altı aydır maaş almırlar", - həmkarlar ittifaqının nümayəndəsi bildirib. 

O, dəqiqləşdirib ki, göyərtədə 13 nəfər var: ekipaj üzvlərindən biri Türkiyə, digərləri isə Azərbaycan vətəndaşıdır./lent.az
 
Seçilən
16
referans.az

1Mənbələr