AZ

“Təhsilsiz qadının kişi tərəfindən idarə olunması asandır”

“Son dövrlər qadınların təhsil almasına maraq xeyli artıb. Əvvəlki illərdən fərqli olaraq ailələr qızların təhsilinə biganə yanaşmır”.

Bu fikri Hit.az-a sosioloq Fatimə Hacıbəyli deyib.
 
O bildirib ki, köhnə tərbiyə metoduna görə qadınların dünyagörüşlü, təhsilli olması düzgün deyildi:

 “Təhsilsiz qadının kişi tərəfindən idarə olunması asandır. Bu prinsip birbaşa olaraq, kişi iyerarxiyasına xidmət edən, kişi ağalığının qorunması və hökm sürməsi üçün əxlaq elementi kimi təqdim olunan bir prinsipdir. Təhsilli, məlumatlı, dünyagörüşlü qadının üzərində hökmranlıq etmək çətin olur. Bu səbəndən də qızların təhsil almasına mane olurdular. Ancaq bu gün insanların düşüncəsi qismən da olsa dəyişib. Ailələr çalışır ki, qızlar təhsilli olsun, heç kimdən asılı olmasın”.

Sevinc

Seçilən
4
14
hit.az

10Mənbələr