AZ

Qeyri-yaşayış sahələrinin istismarına icazə: 1500-dən çox mülkiyyət hüququ tanınıb

Qeyri-yaşayış sahələrinin istismarına icazə: 1500-dən çox mülkiyyət hüququ tanınıb.

Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev Torpaq Məcəlləsinə edilmiş dəyişiklərlə bağlı keçirilən brifinqdə qeyri-yaşayış sahələrinin istismarına icazə prosesi barədə məlumat verib.

Onun sözlərinə görə, proses çərçivəsində indiyədək 1500-dən çox mülkiyyət hüququ tanınıb və bu istiqamətdə işlər davam edir.

“Qeyri-yaşayış sahələrinin istismarına icazə ilə bağlı müraciətlər ilkin olaraq Fövqəladə Hallar Nazirliyinin portalına təqdim olunur. Bizdə olan məlumata görə, bu proses üzrə indiyədək 25 minə yaxın hüquq sahibi müraciət edib. Müvafiq icra hakimiyyəti orqanlarından və Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən daxil olan sənədlər əsasında mülkiyyət hüquqlarının tanınması davam etdirilir," – İlqar Həbiyev əlavə edib.

Seçilən
43
fins.az

1Mənbələr