Kollektiv Qərbin Rusiyanı hərbi əməkdaşlıq baxımından təcrid etmək cəhdləri uğursuzluqla nəticələnib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin rəisi Andrey Belousov idarənin kollegiyasının genişləndirilmiş iclasında bildirib.
“Qeyd etmək lazımdır ki, kollektiv Qərbin Rusiyanı hərbi əməkdaşlıq baxımından təcrid etmək cəhdləri uğursuzluğa düçar olub”, – RİA Novosti onun sözlərini sitat gətirib.
Onun sözlərinə görə, 2024-cü ildə Ukrayna Silahlı Qüvvələri 560 min əsgərini itirib. Xüsusi hərbi əməliyyat başlayandan bəri isə Ukrayna ordusu 1 milyona yaxın hərbçisini itirib.
Onun sözlərinə görə, ötən il Rusiya hava hücumundan müdafiə sistemləri 215 ATACMS raketi və 1629 HIMARS-ı vurub.