Türkiyənin xarici işlər naziri Hakan Fidan Aralıq dənizi üçün Birlik üzrə 8-ci Regional Foruma qatılıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
"Nazir Hakan Fidan İspaniyada Aralıq dənizi üçün Birlik üzrə 8-ci Regional Foruma qatılıb. Barselonada təşkil olunan toplantıda Qəzzadakı son hadisələr işığında Fələstin-İsrail toqquşması və bunun bölgəyə təsirləri müzakirə olunub", - deyə qeyd edilib.
Xatırladaq ki, Fidan İspaniyada səfərdədir.