AZ

Məhşur ingilis aktyor BMT-nin qala gecəsində Azərbaycandan danışıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının xoşməramlı səfiri, məşhur ingilis aktyor Teo Ceyms BMT-nin Müxbirlər Assosasiasiyasının (United Nations Correspondents Association) təşkil etdiyi mükafatlandırma gecəsində Azərbaycana səfərindən danışıb.

"Far.Az"un ABŞ bürosu xəbər verir ki, Teo Ceyms BMT rəsmilərinin və diplomatların qatıldığı gecədə çıxış edərək Azərbaycanın bu il ev sahibliyi etdiyi COP29-da iştirak etdiyini deyib. O, COP29 çərçivəsində iqlim dəyişkənliyi ilə mübarizədə Bakıda reallaşdırdığı vacib görüşlərdən bəhs edib.

“Far.Az”un ABŞ bürosunun təmsilçisi ilə həmsöhbət olan aktyor ölkəmizdə səmərəli və gözəl vaxt keçirdiyini dilə gətirib, Azərbaycan xalqına sevgilərini göndərib.

Qeyd edək ki, UNCA mükafat gecəsində Teo Ceyms "İlin Qlobal Vətəndaşı" mükafatını alıb.

Seçilən
12
9
far.az

10Mənbələr