AZ

Vanuatu sahillərində 7,3 bal gücündə zəlzələ oldu

Sakit okeanda ada ölkəsi olan Vanuatuda 7,3 bal gücündə zəlzələ baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. 

Məlumatda Vanuatu sahillərində 7,3 bal gücündə zəlzələnin baş verdiyini və sunami xəbərdarlığının edildiyini bildirib.

Zəlzələ yerin 43 kilometr dərinliyində qeydə alınıb və Vanuatunun paytaxtı Port Viladan cəmi 30 kilometr qərbdə qeydə alınıb. 

 

phrase_var_article.chosen
30
unikal.az

1phrase_var_article.sources