AZ

Moskvada güclü partlayış nəticəsində Rusiya ordusunun generalı həlak olub

Moskvada baş vermiş partlayış nəticəsində ilkin məlumata görə Rusiya Silahlı Qüvvələrinin general-leytenantı və onun köməkçisi həlak olub.

Moskvanın Nijni Novqorod rayonunda evlərdən birinin həyətində baş verən partlayış nəticəsində iki nəfər ölüb.

Partlayış partlayıcı qurğunun işə salınmasından sonra baş verib. İlkin məlumatlara görə, partlayıcı qurğu binanın çıxışına qoyulub.

Partlayışın yerli vaxtla səhər saat 6-da Ryazanski prospektində 2-ci binanın yaxınlığında baş verdiyi bildirilir.

Partlayış nəticəsində yaxınlıqdakı mənzillərin şüşələri sınıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları göndərilib.

Onu da qeyd edək ki, məlumata hələ ki, rəsmi münasibət bildirilməyib.

Seçilən
8
13
tribunainfo.az

10Mənbələr