AZ

“SURİYANIN AÇARI TÜRKİYƏNİN ƏLİNDƏ OLACAQ” - "Türkiyə bu işin arxasındakı gücdür, Ərdoğan çox ağıllı bir adamdır..."

"Suriyanın açarı Türkiyənin əlində olacaq. Ola bilsin ki, heç kimin bunu dediyini eşitməmisiniz, amma belədir".

"AzPolitika" xəbər verir ki, bunu  ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, Florida ştatındakı Mar-a-Lago malikanəsində keçirdiyi mətbuat konfransında Suriya mövzusu və Türkiyə ilə bağlı açıqlamalar verib.

O, Türkiyənin bölgədə çox böyük bir güc olduğunu vurğulayaraq, Prezident Rəcəb Tayyib Ərdoğanı “çox ağıllı bir adam” kimi tərif edib.

20 yanvar 2025-ci ildə prezidentlik vəzifəsini təhvil alacaq Donald Tramp, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanla bağlı da yüksək qiymətləndirmələr edib. 

Ərdoğanın çox ağıllı və çox güclü insan olduğunu ifadə edən Tramp deyib:  "Ərdoğan mənim yaxşı anlaşdığım birisidir. Çox güclü ordu qurdu".

e9f7b909-5a18-4eb5-a70a-6f111b5a5cc1.jpg

ABŞ-ninn bölgədə Türkiyə ilə birgə işləyə biləcəyini ifadə edən Tramp bir jurnalistə “Suriyada olan 900 ABŞ əsgəri ilə bağlı nə edəcəksiniz?” sualını verib. 

"Bunun başqa bir yolu olmalıdır. Onlardan biri də Türkiyədir". -deyə cavab verdi.

Tramp, Floridada sərmayə mövzusunda keçirdiyi toplantı bitdikdən sonra təsadüfi sualları cavablandırmağa başlayıb. Suriya mövzu ilə bağlı isə suna bu açıqlamaları verib:

• Sərhəd boyunca 5 min əsgərimiz var idi. Bir neçə generaldan soruşdum. Suriyada bir tərəfdə 250 min nəfərlik, digər tərəfdə isə 400 min nəfərlik bir orduları var idi, hətta daha çox əsgərləri də var.

• Bu arada Türkiyə böyük bir gücdür və Ərdoğan mənim çox yaxşı anlaştığım biridir. Onun çox güclü bir hərbi qüvvəsi var və bu ordu müharibələrlə yıpranmamışdır.

• Ərdoğan çox güclü və təsirli bir ordu qurdu.

• Yəni, 5 milyon nəfərlik bir ordu ilə 250 min nəfərlik bir ordu arasında, arada 5 min əsgərimiz var. Generala soruşdum: “Bu vəziyyət haqqında nə düşünürsünüz?” O da “Həmin an məhv edilərlər” dedi. Mən də onları oradan çıxardım və buna görə çox tənqid aldım. Amma nə oldu? Heç nə. Bir çox həyat xilas etdim. İndi 900 əsgərimiz var, bəzi əsgərləri geri göndərdilər.

• İndi tərəflərdən biri demək olar ki, tamamilə məhv edilib. Amma digər tərəfin kim olduğunu heç kim bilmir. Mən bilirəm, o Türkiyədir.

• Bəli, Türkiyə bu işin arxasındakı gücdür. Ərdoğan çox ağıllı bir adamdır. Türkiyə bunu min illərdir istəyirdi və oldu.

• Əsgərlərimizin öldürülməsini istəmirəm. Onsuz da artıq bu baş verməz, çünki bir tərəf tamamilə məhv edilib.

Seçilən
0
3
azpolitika.info

4Mənbələr