AZ

GÜRCÜSTANDA DÖVLƏT DİLİNİ BİLMƏDƏN YÜKSƏK VƏZİFƏ TUTMAQ MÜMKÜN OLMAYACAQ!

"Dövlət qulluğunda çalışan işçilər üçün gürcü dili artıq məcburi olmayacaq məlumatı “tamamilə saxtadır” və yalandır".

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, baş nazir İrakli Kobaxidze jurnalistlərə müsahibəsində belə deyib. Baş nazirin sözlərinə görə, ölkədə müəyyən insanlar eşitdiklərini anlamaqda problem yaşayırlar: “Biz tez-tez danışmışıq ki, ölkəmizdə müəyyən insanlar oxuduqlarını və ya eşitdiklərini anlamaqda problem yaşayırlar. Bu məlumat saxta və yalandır. Bizim qanunvericilikdə heç bir analoji dəyişiklik edilməyib, sadəcə olaraq, heç bir bəhanə olmadan saxta ajiotaj yaradılıb".

Son günlər yayılan məlumatlara görə, “Dövlət qulluğu haqqında” qanunda edilən dəyişikliklərə əsasən, struktur bölməsinin rəhbərləri və onun müavinləri inzibati müqavilə ilə işə götürülən şəxslər hesab olunacaqlar. Gürcü dilini bilmək, 18 yaşın tamam olması, eləcə də sertifikat sahibi olmaq kimi tələblər aradan qaldırılacaq.

Seçilən
19
tezadlar.az

1Mənbələr