AZ

GÜRCÜSTANA DAHA BİR QADAĞA AVROPA İTTİFAQINDAN GƏLDİ

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas, Brüsseldə xarici işlər nazirlərinin ilk iclasının yekunlarına dair mətbuat konfransı keçirib.

Tezadlar.az CNN- ə istinadla bildirir ki,  Gürcüstanla bağlı müzakirələrdən danışan Aİ rəsmisi qeyd edib ki, diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılması və gürcü xalqını dəstəkləmək barədə razılıq əldə olunub. O bildirib ki, vəziyyət gürcü xalqı üçün müsbət istiqamətdə inkişaf etmir, buna cavab olaraq Avropa İttifaqı artıq siyasi əlaqələri azaldıb: “Gürcüstan xalqı üçün vəziyyət müsbət istiqamətdə inkişaf etmir, demokratik ölkələr müxalifətin səslərini boğmur və media azadlığını məhdudlaşdırmır. Buna cavab olaraq biz siyasi əlaqələri azaldıb Gürcüstan hökumətinə maliyyə ayırmağı dayandırdıq. Bu gün biz diplomatik pasport sahibləri üçün də vizasız rejimin dayandırılmasının zəruriliyi barədə razılığa gəldik. Biz həmçinin dinc nümayişçilərə qarşı zorakılığın arxasında duran Gürcüstan rəsmilərinə qarşı sanksiyaların tətbiqi məsələsini də müzakirə etdik”. Onun sözlərinə görə, Avropa İttifaqı gürcü xalqının yanında olmağa davam edəcək: "Gələcəkdə biz gürcü xalqını dəstəkləməyə davam edəcəyik, o cümlədən hökumət üçün nəzərdə tutulan maliyyəni vətəndaş cəmiyyətinə və gürcü xalqına, müstəqil mediaya yönəldəcəyik, çünki Gürcüstanın gələcəyi gürcü xalqından asılıdır", - deyə Aİ-nin Ali Başçısı bildirib. O həmçinin qeyd edib ki, Gürcüstana qarşı genişmiqyaslı sanksiyalar üçün 27 üzv ölkənin razılığı lazımdır.

Gürcüstan hakimiyyəti isə hazırda sanksiyalardan yaxa qurtarmaq üçün yollar axtarır...

A.Məmmədli

Seçilən
11
tezadlar.az

1Mənbələr