Ukrayna millisinin və İngiltərənin “Çelsi” klubunun futbolçusu Mixail Mudrikdə dopinq aşkarlanıb.
Msport.az xəbər verir ki, bu barədə “ua-football” nəşri məlumat yayıb.
23 yaşlı yarımmüdafiəçinin bu səbəbdən dörd illik diskvalifikasiya ediləcəyi gözlənilir.
Onun “A” nümunəsində qadağan olunmuş maddə aşkarlanıb, yaxın zamanda “B” nümunəsinin açılacağı gözlənilir.
Qeyd edək ki, Ukrayna seçməsi DÇ-2026-nin seçmə mərhələsində D qrupunda Azərbaycan millisinin rəqiblərindən biridir. Yığmamız növbəti il sentyabrın 9-da Bakıda bu komanda ilə üz-üzə gələcək. Ukraynadakı görüş isə oktyabrın 13-də olacaq.