AZ

Dövlət büdcəsinin gəlir və xərcləri niyə dəyişdirildi? - MÜHÜM AÇIQLAMA

Xəbər verdiyimiz kimi ötən gün Milli Məclis tərəfindən 2025-ci ilin Dövlət Büdcəsi üçüncü oxunuşda qəbul edildi.

Bəs, növbəti ilin Dövlət Büdcəsi bizə nə vəd edir?

Bu barədə News365.az -a Millət vəkili Vüqar Bayramov danışıb. O bildirib ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi bu gün Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu və cənab Prezident tərəfindən imzalandıqdan qüəvvəyə minəcək:

“Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərcləri ilkin variantla müqayisədə daha 40 milyon manat artırılıb. Gələn il büdcə gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çoxdur), xərclərinin isə 41 milyard 407,6 milyon manat (+4,2 %) olacağı gözlənilir”.

Bəs, dövlət büdcəsinin gəlir və xərcləri niyə dəyişdirildi?

Müsahibimiz bildirib ki, büdcənin gəlir və xərclər hissəsində ilkin variantla ilə müqayisədə fərqlərin yaranması bir sıra səbəblər ilə bağlıdır:

“Xərclər arası azalma bəzi Publik Hüquqi Səxslərin öz gəlirlərinin artımı və bəzilərinin isə xərclərinin optimallaşdırılması, Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyada dəyişikliklər, bəzi dövlət orqanlarının saxlanılması xərclərinin optimallaşdırılması, “2023-2027-ci illər üzrə ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramı”nın maliyyə təminatının bütövlükdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulması ilə bağlıdır.

Xərclər arası artımlar isə müdafiə və milli təhlükəsizliyinin daha da gücləndirilməsi və sosial təyinatlı xərclərin əlavə maliyyə təminatı ilə bağlı ehtiyatların yaradılması, Naxçıvan Muxtar Respublikasının büdcəsi üçün nəzərdə tutulmuş dotasiya azaldaraq və həmin vəsait dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri vasitəsilə yenə də Muxtar Respublikasının ərazisində irəli gələn tədbirlərin maliyyə təminatına sərf olunması, Osaka, Kansai Ekspo 2025” Ümumdünya Sərgisində iştirak məqsədilə Azərbaycan milli pavilyonun idarəedilməsi ilə bağlı xərclərin qarşılanması və digər beynəlxalq fəaliyyətin nəzərə alınması, Milli Məclisində təmsil olunan və təmsil olunmayan siyasi partiyaların sayının artması (təmsil olunan siyasi partiyalar sayı 1 artaraq 11-ə, təmsil olunmayan siyasi partiya isə 6 olmuşdur) və digər səbəblər ilə bağlıdır”.

News365.az

Seçilən
13
1
news365.az

2Mənbələr