AZ

Gürcüstan Azərbaycana pul köçürmələrinin həcmini azaldıb

Bakı. Trend:

2024-cü ilin yanvar-sentyabr aylarında Gürcüstandan Azərbaycanafiziki şəxslər tərəfindən edilən pul köçürmələrinin həcmi 26,574milyon ABŞ dolları təşkil edib.

Trend xəbər verir ki,Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında aparılanhesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü iləmüqayisədə 0,8 faiz, yaxud 215 min dollar azalıb.

Gürcüstandan edilən köçürmələrin ümumi köçürmələrdəki payı 3,1faiz təşkil edir.

Qeyd edək ki, 2023-cü ilin yekunlarına əsasən GürcüstandanAzərbaycana fiziki şəxslər tərəfindən edilən pul köçürmələrininhəcmi 37,475 milyon ABŞ dolları olub.

Xatırladaq ki, 2023-cü ilin yekunlarına görə, xarici ölkələrdənAzərbaycana fiziki şəxslər tərəfindən edilən pul köçürmələrininümumi həcmi 1,654 milyard ABŞ dolları təşkil edib.

Seçilən
12
2
az.trend.az

3Mənbələr