AZ

Suriyanın yeni lideri açıqladı – Ləğv edilir

Suriyanın sabiq prezidenti Bəşər Əsədi devirmiş “Heyət Təhrir əş-Şam” Hərəkatının lideri Əbu Məhəmməd əl-Colani bildirib ki, ölkədə sosial ədaləti təmin etmək üçün dövlət və bütün dinlər arasında anlaşma olmalıdır.

Teleqraf.com xəbər verir ki, o, bu barədə teleqram kanalında yazıb.

“Suriya vahid qalmalıdır və sosial ədaləti təmin etmək üçün dövlətlə bütün dinlər arasında sosial müqavilə əldə edilməlidir”, - Colani belə söyləyib.

Hərəkat lideri, həmçinin deyib ki, müharibə nəticəsində didərgin düşmüş qaçqınların geri qayıtması üçün Dəməşqə qarşı beynəlxalq sanksiyalar ləğv olunmalıdır.

Əl-Colani Suriyadakı silahlı qruplaşmaların ləğv ediləcəyini də açıqlayıb:

“Qruplar ləğv ediləcək və döyüşçülər Müdafiə Nazirliyinin sıralarına qoşulmaq üçün təlim keçəcək və hamısı qanuna tabe olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
17
1
teleqraf.com

2Mənbələr