Beyləqan, 17 dekabr, AZƏRTAC
Beyləqan rayonunun Bünyadlı kəndində ər-arvad dəm qazından zəhərlənib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənd sakini, 1966-cı il təvəllüdlü Məmmədov Bakir Heydər oğlu dəm qazından zəhərlənərək ölüb, arvadı 1974-cü il təvəllüdlü Məmmədova Şəlalə Firidun qızı dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.