AZ

"İSRAİLƏ SAVAŞ İSTƏMİRİK, ARTIQ BURADA İRAN DA YOXDUR" - HTŞ lideri Suriyanın rahat nəfəs almaq istədiyini deyir

Suriyada Bəşər Əsədin devrilməsindən sonra ölkədə iqtidarı əə alan  Heyət Təhrir əl-Şamın (HTŞ) lideri Colani İsrailin hücumları bardə maraqlı açıqlama verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, ölkəsinin artıq rahat nəfəs almağa ciddi ehtiyacı olduğunu deyərək, İsraillə müharibə istəmədiklərini açıq şəkildə bəyan edib.

Bu barədə "The Times" qəzetinə müsahibə verən HTŞ lideri İsrailin Suriyaya hücumu üçün əsas da olmadığını bildirib: "İsrailin Suriyaya müdaxiləsinin səbəbi İran və Hizbullah idi. Onlar artıq yoxdur, səbəb aradan qalxıb. Buna görə İsrail hücum niyyətindən daşınmalı və normal iki ölkə arasındak münasibətləri bərpa etməliyik. Biz bunun üçün 1974-cü il BMT-nin vasitəçiliyi ilə qəbul olan qətnama və anlaşmalara  dönməyə hazırıq. Təkrar edirəm, biz İsrail və ya başqa bir ölkə ilə döyüşmək istəmirik. Biz hər hansı bir ölkəyə bizim ərazidən hücuma da İzin verməyəcəyik. Suriyanın İsrailə qarşı hücumlarda istifadə edilməsi bundan sonra ümkün deyil, bizə sabitlik və rahat nfər almaq, dağınıq vəziyyətdə olan ölkəni toparlamaq lazımdır".

HTŞ lideri ölkədə şəriət qaydalarının tətbiq olunacağı haqda iddiaları da qəbul etmədiyini deyib: "Yeni Suriya öz adət-ənənəsinə bağlı bir quruluşa sahib olacaq. Suriyada heş kimin fərdi azadlıqlarına müdaxilə olunmayacaq"

Tahir Şəlvəli
MİA.AZ

Seçilən
31
1
mia.az

2Mənbələr