AZ

Çində məmur korrupsiyaya görə edam edildi

Çin Kommunist Partiyasının Hohhot iqtisadi və texnoloji inkişaf zonası üzrə işçi komitəsinin keçmiş katibi Li Jianpin korrupsiya cinayətinə görə edam edilib. 

Missiya.Az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

"Ali Xalq Məhkəməsinin qərarına əsasən, 2024-cü il dekabrın 17-də səhər saatlarında Daxili Monqolustan Muxtar Bölgəsinin Xingan dairəsinin ara xalq məhkəməsi Li Jianpinin qanuna uyğun olaraq edamını həyata keçirib", - deyə vurğulanıb.

Bildirilir ki, Lia Jianpinin 199 milyon dollar məbləğində büdcə vəsaitinin mənimsənilməsinə görə cəzalandırılıb.  Sabiq məmur, həmçinin başqa şəxslərdən 80 milyon ABŞ dollarından artıq məbləğdə maliyyə və maddi sərvətlər alıb, həmçinin dövlət büdcəsinin 146 milyon dollardan artıq vəsaitini sui-istifadə edib.

Qeyd olunub ki, məhkəmə məmuru 2022-ci ildə ölüm cəzasına məhkum edib. Li Jianpin apellyasiya şikayəti verib, lakin ikinci instansiya məhkəməsi hökmü qüvvədə saxlayıb.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
15
2
missiya.az

3Mənbələr