Ermənistanın baş naziri Paşinyan Polşa liderini və xanımını öz iqamətgahında şam yeməyinə dəvət edib.
Milli.Az xəbər verir ki, "Joqovurd" qəzeti yazır ki, Polşa prezidenti Anjey Dudan Ermənistana üçgünlük səfəri zamanı Paşinyana hədiyyə təqdim edib.
Nəşrin məlumatına görə , baş nazir Nikol Paşinyan Dudadan 925 əyar gümüşdən hazırlanmış, qiymətli daşlarla - kəhrəba və onikslə bəzədilmiş üç cüt qol düyməsi alıb. Qol düymələrinin qiyməti 74.577 dramdır (təxminən 190 dollar - red.) .
Qanuna görə, əgər yüksək vəzifəli şəxsə verilən hədiyyənin dəyəri 60 min dramdan çox olarsa, o, dövlətin və ya cəmiyyətin malı sayılır. Bu halda vəzifəli şəxslər onu dövlət nəzarətinə keçirməyə borcludurlar.
Bundan əlavə, dövlət vəzifəsini tutan şəxslər aldıqları hədiyyələrin məbləği 40 min dramdan çox olduqda müvafiq reyestrdə qeydiyyatdan keçirməlidirlər.
Nərmin Mahmudova
Milli.Az