Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov BMT-nin İrqi Ayrı-Seçkiliyin Ləğvi Komitəsinin 114-cü sessiyasının yekunlarına dair açıqlama verib. O, Komitənin Ermənistanla bağlı qəbul etdiyi yekun müşahidələrdə, onların verdiyi alternativ hesabata bir neçə dəfə istinad etdiyini bildirib.
QHT.az xəbər verir ki, Sahib Məmmədov qeyd edib ki, BMT-nin İrqi Ayrı-Seçkiliyin Ləğvi Komitəsi, xüsusilə Ermənistan və Azərbaycan arasında nifrət cinayəti və nifrət nitqi ilə bağlı vəziyyəti diqqətə alıb:
"Yekun müşahidə sənədinin 11 və 12-ci bəndələri nifrət cinayəti və niffrət dilinin qarşısının alınması ilə bağlı qanunvericiliyin təkmil olmamasına həsr olunub. Komitə Azərbaycana və azərbaycan xalqına qarşı nifərt və irqçi yanaşmadan narahatlıq ifadə edib: Sənədin 11 və 12-ci bəndələri aşağıda verilir.
Nifrət cinayəti və nifrət nitqi haqqında qanunvericilik
11. Komitə irqçi nifrət nitqi və ayrı-seçkilik haqqında məlumatlardan narahatdır. Xüsusən Ermənistan və Azərbaycan kontekstində hesabatlarda, ictimai diskursda, o cümlədən ictimai və siyasi xadimlərin və KİV-in bəyanatları, İnternetdə, o cümlədən təhrikedici və nifrət nitqi narahatlıq doğurur.
Komitə narahatlıqla qeyd edir ki, nifrət dolu məzmunun bildirilməsi və silinməsi üçün aydın tənzimləmə yoxdur və Media Etika Observatoriyasının qərarları məcburi gücə malik deyil və sanksiyaları effektiv şəkildə tətbiq edə bilməz. Komitə həmçinin nifrət nitqi və nifrət cinayətlərinin baş verməsi ilə bağlı etibarlı statistik məlumatların olmamasından narahatdır.
12.İrqçi nifrət nitqi ilə mübarizəyə dair 35 nömrəli (2013) Ümumi Tövsiyəsini nəzərə alaraq, Komitə iştirakçı dövlətə tövsiyə edir ki,
(a)İctimai diskursda, o cümlədən ictimai xadimlər tərəfindən irqçi nifrət nitqi və ayrı-seçkilik xarakterli bəyanatları qəti şəkildə pisləmək və onlardan uzaqlaşmaq üçün müvafiq tədbirlər görmək;
(b)Məsul şəxsləri ictimai bəyanatlarının irqi nifrətin qızışdırılmasına töhfə verməməsini təmin etməyə çağırş edilsin;
(c)Xüsusilə internetdə nifrət məzmunlu məzmunun bildirilməsini və silinməsi tənzimlənsin;
(d)Nifrət nitqi ilə bağlı halları qeydiyyata almaq, araşdırmaq və məsuliyyətə cəlb etmək və məsul şəxsləri cəzalandırılsın;
(e)Nifrət nitqi ilə bağlı insidentlərin monitorinqi və ayrı-ayrı məlumatların toplanması üçün müvafiq strategiya hazırlayın və sosial media aktyorları ilə əməkdaşlıqda onlayn nifrət nitqinin qarşısını almaq üçün mexanizmləri qəbul edilsin".
Sahib Məmmədov həmçinin, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi, SKM və Ombudsman ofisi ilə birgə alternativ hesabat təqdim etdiklərini qeyd edib. Komitənin təklif etdiyi tədbirlərin həyata keçirilməsi, qarşı tərəfin nifrət cinayətləri və nifrət nitqinə qarşı mübarizənin gücləndirilməsinə yönəldiyi vurğulanıb.
Pərvanə Fərhadqızı