Türkiyədə FETÖ silahlı terror təşkilatına üzv olduqları müəyyən edilən şübhəlilərə qarşı əməliyyat keçirilib.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, əməliyyat mərkəzi İstanbul olan 7 vilayətdə baş tutub.
Bildirilib ki, gəlir ekspertləri, vergi müfəttişləri və immiqrasiya ekspertləri də daxil olmaqla 19 nəfərə qarşı eyni vaxtda keçirilən əməliyyatda şübhəlilərin hamısı saxlanılıb.
Mina Mikayılova