Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin ölkəni tərk edərkən, İsrail tərəfinə Suriyadakı hərbi hədəflərin koordinatlarını sığorta olaraq verdiyi iddia edilir.
Missiya.Az xəbər verir ki, bu barədə “Hürriyyət” qəzetinin yazarı Abdulkadir Selvi məlumat yayıb.
O, bildirib ki, bu məlumatı ona etibarlı mənbə verib.
Onun sözlərinə görə, Əsəd qaçarkən İsrailin onu vurmayacağına zəmanət olaraq, silah anbarlarının, raket qurğularının və hərbi təyyarələrin yerini göstərən siyahı verib.
Daşqın HəsənovMissiya.Az