Almaniya diplomatları bu gün Suriyanın müvəqqəti hökuməti ilə danışıqlar aparacaq.
Bakıvaxtı.az “DW”ya istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Dəməşqdə Heyət Təhrir Əş-Şamın nümayəndələri ilə danışıqlar aparılacaq.
Danışıqlarda Suriya üçün keçid prosesi və azlıqların müdafiəsi müzakirə olunacaq.