Azərbaycanda gömrük yığımlarının dövlət büdcəsinin gəlirlərində payı 18%-ə, o cümlədən büdcənin qeyri-neft-qaz gəlirlərində payı 34%-ə çatıb.

İndex.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini Natiq Şirinov Bakıda keçirilən Gömrük-Biznes Forumu çərçivəsində panel sessiyada bildirib.

“Halbuki, 10 il bundan əvvəl qeyd etdiyim göstəricilər 10%-dən aşağı olub”, – deyə o qeyd edib.