AZ

Medvedyev generalın ölümünə görə Ukraynanı hədələdi

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev general-leytenant İqor Kirillovun ölümünə görə Ukraynanın hərbi-siyasi rəhbərliyini qisasla hədələyib.

KONKRET.az xəbər verir ki, o, bu qisasın misilsiz olacağı ilə bağlı xəbərdarlıq edib.

O bildirib ki, Kiyev rejimi cəbhədəki uğursuzluqlara görə Qərb ağalarına haqq qazandırmaq üçün hər cür səy göstərir:

“Ukrayna müharibəni və ölümlə uzatmağa çalışır. Kirillova qarşı terror aktı isə aqoniyanın növbəti təsdiqidir”.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının komandanı, general-leytenant İqor Kirillov Moskvanın Ryazansk prospektindəki yaşayış binasında baş verən partlayış nəticəsində ölüb.

Generalın ölümünə səbəb olan partlayıcı binanın girişindəki skuterin içərisinə yerləşdirilib./axaraz

Seçilən
4
5
konkret.az

10Mənbələr