Qəzza zolağına tam İsrail nəzarəti yaradılmalıdır.
Editor.az bildirir ki, bunu ölkənin müdafiə naziri İsrael Katz deyib. “HƏMAS-ın Qəzzadakı hərbi və inzibati gücü məğlub edildikdən sonra İsrail, Yəhudeya və Samariyada (Qərbi Sahil) olduğu kimi, tam fəaliyyət azadlığı ilə Qəzzaya qəti şəkildə nəzarət edəcək”, – Katz bildirib.
O vurğulayıb ki, ötən il oktyabrın 7-dən əvvəlki reallığa qayıdış qəbuledilməzdir, hansı ki, o gündən münaqişə qızışmağa başladı və HƏMAS Qəzza zolağından İsrailə hücum etdi. “Biz heç bir terror təşkilatının Qəzzadan İsrail icmalarına və İsrail vətəndaşlarına hücum etməsinə icazə verməyəcəyik”, – nazir bildirib.
Qeyd edək ki, bu gün İsrail hərbçilərinin Qəzza zolağında keçirdiyi əməliyyat davam edir.
//Samir Qurbanov, Editor.az