AZ

Rüşvətə görə tutulan 4 vəzifəli şəxs ev dustaqlığına buraxıldı

Torpaqların özəlləşdirilməsi zamanı qanunsuz əməllərə yol vermiş Əmlak Məsələləri Dövlət Xidmətinin və bələdiyyələrin 19 vəzifəli şəxsinin məhkəməsi davam edir.

Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda həbsdə olan təqsirləndirilən şəxlərin vəkilləri müvəkillərinin ev dustaqlığına buraxılmaları ilə bağlı vəsatətlər qaladırıblar.

Vəkillər vəsatətlərini onunla əsaslandırıblar ki, təqsirləndirilən 6 nəfərin həbsdə mühakimə edilmələrini zəruri edən hallar mövcud deyil.

Şəlalə Həsənovanın sədrlik etdiyi hakimlər heyəti vəsatətləri 4 təqsirləndirilən şəxsə münasibətdə təmin edib.

Qərara əsasən, Əmlak Məsələləri Xidməti Lənkəran ərazi şöbəsinin sabiq müdiri Pərviz Ələkbərov, Xaçmaz ərazi şöbəsinin sabiq müdiri Aydın Cəfərov, Qazax şöbəsinin sabiq müdiri Ehtiram Eyvazov və Şəki rayon Qoxmuq bələdiyyəsinin sabiq sədri Etibar Eyvazov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.

Əmlak Məsələləri Dövlət Xidmətinin sektor müdiri İldırım Məmmədov və Xidmətin Şirvan şöbəsinin müdiri Nazim Səfərov isə həbsdə mühakimə ediləcəklər.

Seçilən
444
17
publika.az

10Mənbələr