Fins.az - Türkiyə ilə Şimali Kipr Türk Respublikası (KKTC) arasında bağlanan müqavilə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanaraq ''Resmi Gazete''də dərc olunub.
Məlumata əsasən, yanvarın 19-da Lefkoşada Türkiyə ilə Şimali Kipr Türk Respublikası arasında imzalanmış "Türkiyə Respublikası ilə Şimali Kipr Türk Respublikası arasında ticarət və iqtisadi əməkdaşlığın inkişafı haqqında Protokol" təsdiq edilib.
Müqavilə ilə ikitərəfli ticarət və iqtisadi əlaqələrin hər iki ölkə xalqının rifahını yüksəldəcək şəkildə inkişaf etdirilməsi nəzərdə tutulur.
Protokola həmçinin “Türkiyə-Şimali Kipr Türk Respublikas Ticarət və İqtisadi Əməkdaşlıq Fəaliyyət Planı” daxil edilib.