AZ

"Neftçi"dən ayrılan məşqçi bu kluba keçməyə yaxındır

style='margin-bottom:10px;'>

"Neftçi"nin sabiq baş məşqçisi Roman Qriqorçuk karyerasını yenidən vətəni Ukraynada davam etdirə bilər.

QOL.az bu barədə Ukrayna mediasına istinadən xəbər verir. Bildirilir ki, o, bir müddətdir Premyer Liqa təmsilçisi LNZ (Çerkassı) klubu ilə danışıqlar aparır.

Ukraynalı insayderlər iddia edilər ki, LNZ-in hazırda boş qalan baş məşqçi vəzifəsi məhz Qriqorçuka həvalə olunacaq.

Qeyd edək ki, 59 yaşlı ukraynalı mütəxəssisin son iş yeri bu ilin iyununda baş məşqçi təyin edildiyi "Neftçi" olub. Onun klubda fəaliyyəti cəmi 9 oyun çəkib. Qriqorçuk uğursuz nəticələrdən sonra istefaya göndərilib. 

Seçilən
18
teleqraf.com

1Mənbələr