AZ

xalq artisti Oqtay Ağayevin 90 illik yubileyinə həsr olunmuş “Kimsən sən…” adlı möhtəşəm konsert proqramı həyata keçirilib

16 dekabr tarixində Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Musiqi Sənəti Fakültəsi, Estrada Sənəti Kafedrasının birgə təşəbbüsü ilə Azərbaycanın görkəmli estrada müğənnisi, xalq artisti Oqtay Ağayevin 90 illik yubileyinə həsr olunmuş “Kimsən sən…” adlı möhtəşəm konsert proqramı həyata keçirilib.

“Yeni Gundem” xəbər verir ki, konsertdə Oqtay Ağayevin ömür yoluna, musiqi dünyamıza bəxş etdiyi unudulmaz mahnılarına və sənətinin yüksək zirvələrinə toxunulub. İstedadlı, yorulmaz və fədakar estrada sənətçisi kimi Oqtay Ağayevin Azərbaycan musiqi mədəniyyətində tutduğu əvəzolunmaz yeri vurğulayan konsertdə tələbələr sənətkarın dillər əzbəri olan bəstələrini böyük ustalıqla səsləndiriblər.

Belə tədbirlər həm gənclərin yaradıcılıq inkişafına dəstək olmaq, həm də ölməz sənətkarların xatirəsini yad etməklə milli-mənəvi dəyərlərimizin qorunub gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Konsert proqramı xüsusilə maraqlı və təsirli keçib. Mahnıların ifası zamanı səhnənin fonunda Azərbaycan kinosunun möhtəşəm filmlərdən seçilmiş fraqmentlərin nümayişi tədbirə xüsusi rəng qatıb. Bu detallar tamaşaçıların nostalji hisslərini oyadaraq unudulmaz sənətkarın yaradıcılığına yeni baxış təqdim edib.

Tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, görkəmli bəstəkar və ifaçı, xalq artisti Emin Sabitoğlunun qızı, əməkdar incəsənət xadimi Ceyran Heydərovaya təşəkkürümü bildirirəm.
Bu konsert Azərbaycanın musiqi irsinə bir daha ehtiram nümayiş etdirərək, unudulmaz sənətkarların xatirəsinin daim yaşadığını sübut etdi.

Seçilən
9
1
yenigundem.az

2Mənbələr