AZ

Fernandu Santuş "ova" çıxdı: "Təəccüblənməyin"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş komandanın heyətində dəyişiklik etmək üçün "ova" çıxıb.
Oxu.Az yerli mediaya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis aşağı liqanı diqqətdə saxlayır, orada forma geyinən bəzi futbolçuları "gözaltı edib".
Fernandu Santuş ötən həftə I Liqanın "Baku Sportinq" - "Difai Ağsu" matçını meydandan izləyib.
70 yaşlı çalışdırıcı I Liqada istedadlı gənclər gördüyünü, onları ölkənin əsas yığmasında görməyin maraqlı olacağını söyləyib:
"Diqqətimi çəkən futbolçuları millinin düşərgəsinə çağırsam, təəccüblənməyin".
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində Fransa - Xorvatiya cütünün qalibi, həmçinin Ukrayna və İslandiya ilə üz-üzə gələcək.
Seçilən
8
50
oxu.az

10Mənbələr