ABŞ-ın yüksək rütbəli rəsmiləri Türkiyə və onun birbaşa dəsətk verdiyi Suriya Milli Ordusunun (SMO) birgə daha geniş miqyaslı hərbi əməliyyata hazırlaşdığını iddia etməyə başlayıblar.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ABŞ-ən “Wall Street Journal”ı təhlil yazıb.
Təhliildə Ağ Ev və Pentaqondakı rəsmilərə istinadən bildirilib ki, Ərdoğan Türkiyənin düz qulağının dibində olan Kobanı daxil, Suriyada PKK/YPG qüvvələrinin varlığına artıq dözüm göstərə bilmir: "Ərdoğanın artıq səbri tükənib. 11 ildir YPG/PKK adlandırdıqları Şimali Suriya Demkratik Qüvvələrinin (YPG-ni nəzərdə tutur-Mia.az) silahı yerə qoyaraq, bölgənin bir hissəsindəki hökmünü sona çatdırmaqda qərarlıdır. Türkiyə hesab edir ki, bu qüvvə gələcəkdə daha böyük təhlükəyə yol aça bilər. Onun üçün də fürsət yaranmışkən nəyin bahasına olursa olsun, onları məhv etməkdən çəkinmək niyyətində deyil. Bunun üçün HTŞ Dəməşqə irəliləyən vaxtdan SMO-nu YPG-nin üzərinə yönləndirdilər. SMO qısa zamanda iki şəhəri geri aldı. Lakin Süleyman Şah türbəsi daxil olmaqla, hələ də Türkiyənin həssas saydığı ərazilər var. Ümumiyyətlə, Türkiyə bu bölgədə belə bir qüvvənin mövcudluğunu qətiyyən arzulamır. SMO isə ABŞ-ın vasitəçiliuyi ilə atəşkəsə razılaşsa da, Türkiyənin təsiir ilə yenidən hücumda yer alacaq. Sözsüz ki, Türkiyə YPG-nin son qalasının daha güclü qorunacağını anladığı üçün özü birbaşa əməliyyata müdaxil olacaq və qısa zamanda YPG-ni bitirəcəkır. ABŞ da bunu bilir deyə Ankara ilə danışqıları intensivləşdirib. Lakin görünən odur ki, Ərdoğan sakitləşməyib. O, bir an olsun problemi kökündən həll etmək fikrindədir. Onun üçün də orduya gərəkli hazırıq tapşırıqğı verilib. Yaıxn günlərdə genişmiqyaslı əməliyyat başlayacaq".
Firudin Səfərli
MİA.AZ