“Bu gün özünü misir fironları kimi aparan məktəb direktorları da az deyil” -Ekspert |
O, əlavə edib ki, hazırda ümumtəhsil məktəblərində optimallaşdırma ilə bağlı siniflərin birləşdirilməsi, bəzi məktəblərin bağlanması və müəllimlərin sertifikasiya prosesi kimi məsələlərlə ciddi narahatlıqlar yaradır. Ekspertin fikrincə, müəllim-şagird münasibətlərində hörmət və sevginin ifadəsi simvolik və mənəvi dəyərlərlə ölçülməlidir. Sosial şəbəkələrdə geniş yayılan bu cür trendlər isə cəmiyyətin müxtəlif yanaşmalarını ortaya çıxarır.
“Müəllimi şokolad bağışlamaqla sevindirməkdənsə, kiçik mənəvi hədiyyələrlə qürurlandırmaq daha yerinə düşərdi. Bu gün müəllimlərə təmənnasız dəstək və mənəvi dəyər daha çox lazımdır.”
Həmidə İbrahimova
AzVision.az