AZ

Əhalinin banklardakı əmanəti artıb

Əhalinin banklardakı əmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz artaraq 2024-cü il noyabr ayının 1-nə milli valyuta ekvivalentində 14266,0 milyon manat təşkil edib.

Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Əmanətlərin 66,5 faizi milli, 33,5 faizi xarici valyutada qoyulub. Xarici valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz, milli valyutada olan əmanətlərin məbləği isə 16,5 faiz artıb. 

Noyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 Avroya 1,81 (1,85) manata, 100 Türk lirəsinə 4,94 (5,21) manata, 100 Rus rubluna 1,69 (1,86) manata bərabər olub. 

Seçilən
11
7
valyuta.az

10Mənbələr