AZ

Cem Karacanın həyat yoldaşına yazdığı son məktub - FOTO

Cem Karacanın həyat yoldaşına yazdığı son məktub - FOTOTürk rok musiqisi sənətçisi, söz yazarı, bəstəkar, teatr və kino aktyoru, Anadolu rok janrının yaradıcılarından biri olan Cem Karaca yenə gündəmdədir.

Sonxeber.az xəbər verir ki, bu dəfə məşhur rokçunun ölümündən öncə həyat yoldaşına yazdığı məktub sosial şəbəkələrdə viral olub:

"Mən yaxın zamanda öləcəm. Bunu hiss etmirəm, bilirəm və adına leykoz deyəcəklər...
Xoşluqla qal, xoşbəxt yaşa və məni sənə rəğmən unut... Ya da unutma. Amma sənə son iki sözüm budur!
1. Həyat hər şeyə rəğmən gözəldir
2. Bu dünyada səni çox sevdim..."

Sosial şəbəkə istifadəçiləri sözügedən paylaşıma "bundan daha yaxşı məktub ola bilməz", "olduqca duyğusal" kimi yorumlar yazdılar.

Vüsalə İbrahimli
Cem Karacanın həyat yoldaşına yazdığı son məktub - FOTO

Seçilən
15
sonxeber.az

1Mənbələr