AZ

Baş Prokurorluq erməni separatçılarının cinayət işi ilə bağlı Ermənistanın aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edir

Azərbaycan Respublikasının Baş Prokurorluğu Bakıda həbsdə olan Qarabağ separatçılarının cinayət işi ilə bağlı Ermənistanın aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edib.

Day.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Bakıda həbsdə olan Qarabağ separatçılarının cinayət işinin məhkəməyə göndərilməsi ilə bağlı yaydığı məlumatda vurğulanıb.

"Azərbaycan Respublikasının Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinən, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan Respublikasının ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistan Respublikasının aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edir", - məlumatda qeyd olunub.

Seçilən
0
15
day.az

10Mənbələr