Meksikada Çiapas polis rəisi Oscar Aparicio Avendano bildirib ki, apardıqları araşdırmalar çərçivəsində Komitan şəhərindən olan 92 polis əməkdaşının səlahiyyətlərindən sui-istifadə etdiyini aşkar ediblər.
Avendano bildirib ki, əyalət prokurorları məmurları narkotik kartelləri ilə müttəfiq olan yerli qrupları polis reydləri barədə məlumatlandırmaqda günahlandırıb.
Açıqlamada Verakruz ştatında 3 nəfərin yoxa çıxmasında əli olmaqda şübhəli bilinən 13 əyalət polisinin saxlanıldığı da qeyd edilib.