Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar-noyabr aylarında 16,9 milyon ton yük, 7 672,6 min sərnişin daşınmış, 2023-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 1,1%, sərnişin daşınmasında isə 21% artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə orta hesabla sutkada 375 vaqon yüklənmiş, 437 vaqon isə boşaldılıb.