Demokrat.az BAKU.WS-ə istinadən xəbər verir ki, o səhnə aldığı məkanlardan birində "Koroğlu" operasından olan uvertüraya müraciət edib.
Məşhur DJ-in bu performansı bir çox onlayn platformalarda yayılaraq müzakirələrə səbəb olub.
Mahnı xüsusilə Azərbaycan seqmentində rəğbətlə qarşılanaraq çox bəyənilib.
Xatırladaq ki, Aaron Sevilla karyerasında əsasən latın və afro mahnılardan təsirlənib.
2021-ci ildən etibarən Aaronun sintez etdiyi mahnılar musiqi pleylistləridnə ilk yerlərdə qərarlaşıb.
DJ yaradıcılığında müxtəlif xalqların mahnılarının sintezinə də rast gəlmək mümkündür.