Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 2 567,2 kq qızıl, 3 064,2 kq gümüş istehsal edilib.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qızıl istehsalı 2023-cü ilin yanvar-noyabr aylarının göstəricisindən 2,4% çox, gümüş istehsalı 18,6% az olub.
Ötən 11 ay ərzində Azərbaycanda mis konsentratının istehsalı 200,3 ton olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 90,5% azdır.
Bu ilin dekabrın 1-nə ölkədə 282,6 kq qızıl, 664,4 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə bu ilin dekabrın 1-nə 93,6 ton təşkil edib.