Moskvanın Ryazanski prospektində Rusiya Silahlı Qüvvələrinin general-leytenantı İqor Kirillov və onun köməkçisinin həlak olduğu partlayış anının görüntüləri yayılıb.
Bizim.Media xəbər verir ki, hadisə anı binanın girişində dayanmış avtomobilin salonunda quraşdırılan videomüşahidə kamerasına düşüb.
Müstəntiqlərin fikrincə, Kirillovun qətlinin təşkilatçıları bu maşınla gəliblər. Kamera məqsədli şəkildə maşına quraşdırılıb və girişə yönəlib. Kirillov və köməkçisi çölə çıxan kimi partlayış olub.
Qeyd edək ki, görüntülər Ukraynanın teleqram kanalları tərəfindən yayımlanıb.
“Reuters” agentliyi partlayışın Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirildiyini iddia edib. Kiyev bu məlumatı təkzib edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta